Cover for AzSAB - Azerbaijani Students & Alumni of Benelux
2,454
AzSAB - Azerbaijani Students & Alumni of Benelux

AzSAB - Azerbaijani Students & Alumni of Benelux

AzSAB is a non-profit, non-political association founded by the 🇦🇿 students in 🇧🇪🇳🇱🇱🇺 2.12.17

Dəyərli dostlar,9 avqust tarixində yeddi məzun assosiasiyası tərəfindən birgə branç təşkil olunmuşdur.Tədbirdə dünyanın müxtəlif ölkələrində təhsil almış məzunlar bir araya gələrək, səmimi söhbətlər və gələcək əməkdaşlıq imkanlarını müzakirə etmişlər. 🌍🤝💬 Canlı söhbətlər, xatirələr və yeni tanışlıqlar ilə yaddaqalan görüşdən şəkilləri nəzərinizə çatdırırıq. ... See MoreSee Less
View on Facebook
Photos from ASAP-Azerbaijani Students and Alumni Platform's post ... See MoreSee Less
View on Facebook
We’re bringing together foreign educated minds for a relaxed and meaningful brunch gathering you won’t want to miss!📍 Location: Emirgan Sütiş, Nargiz Mall (3rd Floor)📅 Date: Saturday, 9 August🕦 Time: 11:30 AM💵 Participation Fee: 25 AZN🔗 Registration: Link in bioWhether you’re looking to reconnect with old friends, make new professional contacts, or simply enjoy great conversation over a delicious meal — this event is for you!Let’s come together to share ideas, inspire each other, and strengthen our alumni network Spots are limited, so make sure to register early! ... See MoreSee Less
View on Facebook
Üzvlərimizi qeydiyyatdan keçib qoşulmağa çağırırıq 🤩 Qeydiyyat linki rəydədir ⬇️Xaricdə təhsil alan azərbaycanlı gənclər + yeni tanışlıqlar + yeni imkanlar + səmimi atmosfer =❓“❓”-ı tapmaq üçün riyaziyyatçı olmağa ehtiyac yoxdur. Cavab sadədir - Xaricdə təhsil alan azərbaycanlı gənclərin şəbəkələşmə tədbiri! 😍Siz də həmvətənlilərinizlə bir araya gələrək təcrübələrinizi bölüşmək, dünyanın müxtəlif ölkələrində təhsil almış gənclərlə tanış olmaq, həhftəsonunu bizimlə daha səmərəli keçirmək üçün qeydiyyatdan keçməyə tələsin. 🌟🗓️ 2 avqust 2025, 10:00📍 “Başkent” restoranı✅ Qeydiyyat linki bio’da #asaplatform #Networking ... See MoreSee Less
View on Facebook
🇳🇱Niderland Krallığının Azərbaycandakı səfiri Pauline Eizema-nın diplomatik missiyasının başa çatması münasibətilə vida mərasimi təşkil edilmişdir. Xanım səfirin təşəbbüsü ilə AzSAB nümayəndələri də tədbirə dəvət olunaraq vida görüşündə iştirak etmişdir.🎙️Səfirə Azərbaycan-Niderland münasibətlərinin inkişafına verdiyi dəyərli töhfələr və göstərdiyi səmimi əməkdaşlığa görə təşəkkür edir, gələcək fəaliyyətində uğurlar arzulayırıq. ... See MoreSee Less
View on Facebook
Photos from ASAP-Azerbaijani Students and Alumni Platform's post ... See MoreSee Less
View on Facebook

1 month ago

AzSAB - Azerbaijani Students & Alumni of Benelux
Belçika Milli Günü münasibətilə səmimi təbriklərimizi çatdırırıq! 🇦🇿🇧🇪 ... See MoreSee Less
View on Facebook
Təbiət qoynunda unudulmaz bir gün yaşamağa hazırsanmı?SSANA və AZSAB-ın birgə əməkdaşlığı ilə baş tutacaq bu yürüş turu səni Xalit şəlaləsinə aparır!📅 Tarix: 19 iyul 2025📍 Məkan: Galadarası kəndi, ŞamaxıQeyd* Yerlər məhduddur.Gözəl mənzərələr və yeni dostluqlarla dolu bir gün səni gözləyir! Yayın ən təmiz havasını birlikdə hiss edək!🤝 Bu təşəbbüs, Azərbaycanlı tələbə və məzunların birliyini gücləndirmək, aktiv və sağlam həyat tərzini təşviq etmək məqsədilə SSANA və AZSAB arasında qurulan əməkdaşlığın bir parçasıdır.📌 Qeydiyyat üçün keçid:forms.gle/RGWjUYb7uKEHujAz9Suallar üçün bizimlə əlaqə saxlaya bilərsiniz.👣 Macəra səni çağırır – sən də bizimlə ol ... See MoreSee Less
View on Facebook

2 months ago

AzSAB - Azerbaijani Students & Alumni of Benelux
📣 Dəyərli dostlar,🇳🇱 14 iyun tarixində Niderlandın Gieethoorn kəndinə təşkil olunan səfər uğurla baş tutdu!İştirakçılar kəndin küçələrini kəşf edərək, kanal boyunca qayıqla səyahət edib, sosiallaşaraq unudulmaz və maraqlı bir gün yaşadılar. 🚤✨ Yeni layihə və tədbirlərdən xəbərdar olmaq üçün bizi izləməyə davam edin! ... See MoreSee Less
View on Facebook
14 iyun tarixində BeNiLüks, o cümlədən qonşu ölkələrdən olan tələbə və məzunlar ilə şəbəkələşmə görüşü keçirilmişdir. Həm maraqlı söhbətlər, həm də interaktiv oyunlar ilə yadda qalan görüşdən fotoları sizinlə bölüşürük.✨🇧🇪🇳🇱🇱🇺#azsab #networking #belgium #netherlands #luxembourg ... See MoreSee Less
View on Facebook
🇦🇿⚽️ 2-ci Suqovuşan Mini Futbol Turnirində AzSAB Chaos komandası AzSAB təşkilatını təmsil edərək iştirak etdi!7 iyun 2025 tarixində Brüsseldə, MADANI Platform və Belçika Azərbaycanlılarının təşkilatçılığı ilə keçirilən bu turnir Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuşdu. Turnir Avropanın müxtəlif ölkələrindən gəlmiş azərbaycanlı icmalarını, tələbələri və diplomatik nümayəndəlikləri bir araya gətirdi.AzSAB Chaos komandası da bu gözəl təşəbbüsün bir parçası olaraq, BeNiLüks ölkələrində yaşayan azərbaycanlı tələbələri və gəncləri təmsil etdi. Oyunlar gərgin və maraqlı keçsə də, əsas məqsəd dostluq, həmrəylik və milli ruhun paylaşılması idi. 🏆Belə tədbirlər bizləri bir araya gətirir, dostluqları möhkəmləndirir və azərbaycanlı gənclərin birliyini nümayiş etdirir. Təşkilatçılara və iştirak edən bütün komandalara təşəkkür edirik! 🙌 ... See MoreSee Less
View on Facebook

2 months ago

AzSAB - Azerbaijani Students & Alumni of Benelux
📣 Dəyərli BeNiLüks və qonşu ölkələrdə yaşayan gənclər,Bizimlə birlikdə Niderlandın Venesiyası adlandırılan Giethoorn kəndinə unudulmaz bir səyahətə qoşulun!✨ Bu günü kanal boyu qayıqla səyahət, nağılvari evlərin arasındakı küçələrdə gəzinti və yeni insanlarla tanış olub əyləncəli anlar paylaşmaqla keçirə bilərsiniz. 🚤Özünüzlə meyvə, su və digər yüngül yeməklər gətirməyiniz tövsiyə olunur.📍Görüş məkanı: “Steenwijk” stansiyası🕙 Görüş saatı: 14 iyun, saat 10:00📅 Son qeydiyyat tarixi: 13 iyun, saat 12:00📌 Yerlər məhdud olduğu üçün və iştirakçı sayını dəqiqləşdirmək məqsədilə xahiş olunur ki, qeydiyyatdan tezliklə keçəsiniz.🔗 Qeydiyyat linki: forms.gle/errvTWUzNgDGgcbG7💬 Əlavə sualınız varsa, rəydə sadəcə “+” qoymağınız kifayətdir! ... See MoreSee Less
View on Facebook
Photos from AzSAB - Azerbaijani Students & Alumni of Benelux's post ... See MoreSee Less
View on Facebook
ADA University-də keçirilən "Beynəlxalq festival"da Niderland dövləti AzSAB və Niderlandın ölkəmizdəki səfirliyi tərəfindən təmsil olunub. 🎓📌 Bu il biz dayanıqlı gələcək mövzusuna əsaslanaraq əyləncəli sorğu vasitəsilə Niderlandın bərpa olunan enerji, davamlı kənd təsərrüfatı və ağıllı şəhərlərlə bağlı təcrübəsini tələbələrlə bölüşdük. 🤩Bununla yanaşı, təşəbbüskarı olduğumuz "Yaşıl öhdəlik" lövhəsində daha yaşıl gələcək naminə hər kəsi öz töhfəsini bölüşməyə dəvət etdik.♻️ Embassy of the Netherlands in Azerbaijan ... See MoreSee Less
View on Facebook
📢 Dəyərli dostlar,10 may tarixində Niderlandın Utrecht şəhərində Piknik və Oyun Günü baş tutdu! 🧺Wilhelminaparkda keçirilən bu günəşli gün ərzində iştirakçılar mafia, UNO, badminton, futbol və digər oyunlara qoşularaq sosiallaşmaq və yeni insanlarla tanış olmaq fürsəti əldə etdilər. Bu gün bizimlə olan hər kəsə təşəkkür edirik! Yeni layihə və tədbirlərdən xəbərdar olmaq üçün bizi izləməyə davam edin. ✨ ... See MoreSee Less
View on Facebook
Benilüks gənclərimizin nəzərinə📢Niderlandın ölkəmizdəki səfirliyi 13 may (II gün) saat 19:00-21:00-da xarici və yerli sahibkarların iştirakı ilə "Caspian Agro 2025"ə həsr olunan netvörkinq məqsədli qəbul / görüş keçirir. 🤩Bu və əlaqəli sahədə təhsili / təcrübəsi / müəyyən iş bağlılığı olanlar, tədbirə qatılmaq üçün səhifənin rəydəki keçid (link) vasitəsilə müraciət edə bilərlər ⬇️ ... See MoreSee Less
View on Facebook
📢 Dəyərli BeNiLüks gənclərimiz,🇧🇪 Belçikanın Azərbaycandakı səfirinin iqamətgahında AzSAB üzvləri üçün şəbəkələşmə görüşü keçirilib.🎤 Belçikada təhsil almış AzSAB üzvlərini bir araya gətirən bu tədbirin açılış nitqini Belçikanın Azərbaycandakı səfiri cənab Julien de Fraipont edib.📌 Görüş zamanı gənclərin akademik və peşəkar inkişafına AzSAB-ın verdiyi töhfələr, bu istiqamətdə əldə edilən nailiyyətlər, həmçinin gələcək əməkdaşlıq və inkişaf imkanları müzakirə olunub. ... See MoreSee Less
View on Facebook
Photos from Embassy of Belgium in Baku's post ... See MoreSee Less
View on Facebook
View on Facebook
📣 Dəyərli BeNiLüks və qonşu ölkələrdən olan gənclərimiz,Sizi 10 may tarixində, saat 13:00-da, Niderlandın Utrecht şəhərində baş tutacaq Piknik və Oyun Gününə dəvət edirik!🧺 Əgər həftəsonunuzu həmvətənlərinizlə bir araya gəlib kart, mafia, voleybol, badminton və digər oyunlarla əylənərək, sosial mühitdə xoş vaxt və yadda qalan anlarla keçirmək istəyirsinizsə – bizə qoşulun!✨📍 Məkan: Wilhelminapark, Utrecht💶 İştirak haqqı: Adambaşı 10 avroBu məbləğə həm piknik üçün nəzərdə tutulmuş çərəz, içkilər, həm də oyun və fəaliyyətlər daxildir.🔗 Qeydiyyat linki: forms.gle/zhPkp47re683A6Xu8⏳ Yerlər məhduddur – iştirakçı sayını dəqiqləşdirmək məqsədilə tez bir zamanda qeydiyyatdan keçməyiniz xahiş olunur.Hər hansı sualınız olarsa, sosial şəbəkə hesablarımız vasitəsilə bizə yaza bilərsiniz.Əlavə məlumat almaq istəyənlər şərh bölməsində ”+” işarəsi yaza bilər! ... See MoreSee Less
View on Facebook
📣Dəyərli dostlar,Bildiyiniz kimi, 27 aprel tarixində Niderland Krallığında ənənəvi olaraq Kral Günü qeyd olunur. Bu münasibətlə ölkənin bütün küçələrində rəngarəng karnavallar təşkil edilir, insanlar isə Kralın şərəfinə narıncı rəngli geyimlər seçirlər.Niderland Krallığının Azərbaycan Respublikasındakı Səfirliyi də hər il bu xüsusi günü dövlət və özəl sektor nümayəndələrinin, həmçinin digər səfirlərin iştirakı ilə təntənəli şəkildə qeyd edir.AzSAB üzvləri də Səfirlik tərəfindən təşkil olunmuş bu möhtəşəm tədbirdə iştirak etmişdir.AzSAB komandası adından Hörmətli Səfir @eizemapauline-ə dəyərli dəvət üçün dərin təşəkkürümüzü bildiririk! 🧡 ... See MoreSee Less
View on Facebook
📢Dəyərli dostlar,12 aprel tarixində Lisse Veloturu uğurla həyata keçirildi. “Leiden Centraal” stansiyasında görüşdükdən sonra turumuza Lisse istiqamətində velosipedlə hərəkətə başladıq.Yol boyunca Niderlandda ildə bir dəfə təşkil olunan Gül Paradını da izləmək imkanımız oldu.🌷 Ardınca Lissedəki müxtəlif gül bağlarını ziyarət etdik. Səfər zamanı iştirakçılar bir-birləri ilə yaxından tanış olaraq sosiallaşmaq fürsəti qazandılar.Günün sonunda “Leiden Centraal” stansiyasına geri dönərək, ümumilikdə 30 km-lik velosiped turunu uğurla başa vurduq.🚲 ... See MoreSee Less
View on Facebook

4 months ago

AzSAB - Azerbaijani Students & Alumni of Benelux
Niderland Krallığının Azərbaycandakı səfirinin iqamətgahında Niderland 🇳🇱, Belçika 🇧🇪 və Lüksemburqda 🇱🇺 təhsil almış / işləmiş AzSAB üzvləri üçün şəbəkələşmə görüşü keçirilib.🎤 Açılış nitqini səfir Pauline Eizema və AzSAB-ın sabiq sədri, hazırda Bakı komandasının üzvü Vusala Azizli ediblər. 📌 Tədbirdə gənclərin təhsil və karyerasında təşkilatımızın rolu, təcrübəsi və uzun dönəm əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb. 🤩Qeyd edək ki, tədbirdə #belçika səfiri, holland iş adamları, habelə şəbəkəmizə daxil olan ADA University ilə Maastricht School of Management -in ikili diplom proqramının məzunları da iştirak edib. 🎓Embassy of the Netherlands in Azerbaijan Embassy of Belgium in Baku ADA University Alumni Community ... See MoreSee Less
View on Facebook
Belçika səfirliyi tərəfindən 30 aprel (III gün) 19:00-da Belçika məzunları üçün ziyafət təşkil edir! 🥂⏰ Qeydiyyat üçün son tarix: 16 aprel, 23:59.Hər il olduğu kimi, bu il də maraqlı keçəcəyinə əminik və yerlər məhdud olduğundan, ilk qeydiyyatdan keçənlərə üstünlük veriləcəkdir.📌Qeydiyyat linki rəydədir.📢 PS. Gələcəkdə tədbirlərimiz barədə xəbərdar olmaq üçün, veb-saytımızda öz şəxsi kabinetinizi yaradın: my.azsab.org#azsab #networking #belgium ... See MoreSee Less
View on Facebook
Əməkdaş və iştirak üçün bütün tərəflərə təşəkkürümüzü bildiririk. Məlumat üçün qeyd etmək istərdik ki, AzSAB-ın "Hangover" komandası bu intellektual oyunda 1-ci yerə çıxmışdır. ❤️ ... See MoreSee Less
View on Facebook
📣Dəyərli izləyicilər,22 mart tarixində Niderland Krallığının Amsterdam şəhərində baş tutan Novruz Bayramı tədbirinin fraqmentlərini sizlərlə bölüşürük!🌸“Safavid Investments” və “Chinar Group”-un təşkil etdiyi, və “AzSAB”-ın tərəşdaşlıq etdiyi bu tədbirdə məqsəd BeNiLüks-dəki həmyerlilərimizin həmrəy olması və milli bayram əhval-ruhiyyəsini birgə yaşamağına şərait yaratmaq idi.ℹ️İdarə heyətimizin də iştirak etdiyi bu tədbirdə bir sıra oyunlar (Novruz Bayramı haqqında bilik yarışı, masalar arasında yumurta döyüşdürmə, uşaqlar üçün papaq atma yarışı, ən gözəl geyimi geyinmiş xanım və bəy), milli rəqslər, milli yemək, təamlar və s. sərgilənmişdir. Həmçinin, oyunların qaliblərinə müvafiq hədiyyələr (Dua Lipa konsertinə bilet, 100 avroluq ICI Paris kuponu və s. hədiyyələr) təqdim edilmişdir.Bu gözəl tədbirdə Novruz abu-havasını bizimlə yaşadığınız üçün təşəkkür edirik. Gələn tədbirlərdə yenidən görüşmək ümidi ilə!✨ ... See MoreSee Less
View on Facebook

5 months ago

AzSAB - Azerbaijani Students & Alumni of Benelux
📢 Dəyərli dostlar,Niderlandın lalə tarlalarını velosipedlə kəşf etməyə nə deyirsiniz?🚲🌷 Bu gözəl tur həm də BeNiLüksdəki digər azərbaycanlılarla tanış olmaq üçün də əla fürsətdir! ☀️Tarix: 12 aprel 2025Görüş yeri: “Leiden Centraal” stansiyasıGörüş saatı: 10:45-11:00“Leiden Centraal” stansiyasından Lisseyə qədər olan tək istiqamətli məsafə təxminən 9 km-dir və bu yol təxminən 40 dəqiqə çəkəcək. Leidenə qayıdış vaxtı isə 17:00 olaraq nəzərdə tutulub.⏳Son qeydiyyat tarixi: 10.04.2025, 23:59. 🔗 Qeydiyyat linki: forms.gle/UHrmrFhMKffrKsdy9Əlavə məlumat əldə etmək istəyən şəxslər rəylərdə "+" yaza bilər! ... See MoreSee Less
View on Facebook
📣Dəyərli dostlar,Sizlərə 2025-26-cı illər üzrə AzSAB İdarə Heyətini təqdim edirik.✨Ülviyyə Allahverdiyeva - PrezidentNiderland Krallığının Utrecht Universitetində “Law and Economics” proqramında magistr təhsili alır.Ramin İbrahimov - Baş KatibNiderland Krallığında yerləşən TMF Group şirkətində “Anti-Money Laundering” sahəsində fəaliyyət göstərir.🇳🇱Mehin Əliyeva - Niderland Krallığı üzrə layihə koordinatoruNiderland Krallığının Amsterdam Universitetində “Economics and Business Economics” ixtisası üzrə bakalavr təhsili alır.Niderland Krallığı komandasının üzvləri:Sevinc HəsənzadəFərhad SalamovTurxan YusifliRenad NovruzovElnurə Əhmədzadə🇧🇪Mikayıl İsmayılov - Belçika üzrə layihə koordinatoruBelçikanın KU Leuven Universitetində “Business Engineering” ixtisası üzrə bakalavr təhsili alır.Belçika komandasının üzvü:Leyla Süleymanlı🇱🇺Leyla Qafarova - Lüksemburq üzrə layihə koordinatoruLüksemburqda yerləşən NT Bankda “Financial Reporting Accounting” üzrə fəaliyyət göstərir. ... See MoreSee Less
View on Facebook
📣 Hörmətli dostlar,📌 ELSA Azərbaycan Məzunlar Cəmiyyəti, ELSA Azərbaycan (ELSA Azerbaijan), AzSAB (AzSAB - Azerbaijani Students & Alumni of Benelux) təşkilatlarının və "ProDemos- Xalq üçün” layihəsinin birgə təşkilatçılığı, "Hangame" (Hangame.az) intellektual oyunlar platformasının tərəfdaşlığı ilə baş tutacaq "Corporate Clash" intellektual oyunu üçün qeydiyyat davam edir. Yerlər dolmadan qeydiyyatdan keçməyə tələsin! 🤩❗️İştirak etmək istəyən, lakin komandası olmayan şəxslər qeydiyyatdan fərdi formada keçə bilərlər. Daha sonra fərdi olaraq qeydiyyatdan keçən şəxslərdən müvafiq komandalar təşkil ediləcəkdir.📎 Aşağıdakı link vasitəsilə qeydiyyatdan keçə bilərsiniz:forms.gle/YreseYKFLQEdG1oA9⏰ Qeydiyyat üçün son tarix: 03.04.2025,23:59.⏱️Tarix: 6 aprel, 13:00📍Məkan: Chaikənd restoranı,Akademik Lətif İmanov 37 (Elmlər Akademiyası m/s) ... See MoreSee Less
View on Facebook
Hörmətli NL məzunları, Bakıdakı Niderland səfirliyi məzunlar üçün aprelin II həftəsi “Alumni Networking Drinks” təşkil edəcək. 🥂Dəvət göndərmək üçün, #AzSAB olaraq bizdən məzunların siyahısını istəyirlər. 🤝🏻Hər il olduğu kimi, bu il də maraqlı keçəcəyinə əminik və nəzər alın ki, yerlə #məhduddur, ilk qeydiyyatdan keçənlərə üstünlük veriləcək: 🙏🏻 forms.gle/dExgTxNCZTeCriEh6 📌 22 mart, 20:00-dək qeydiyyatdan keçməyiniz xahiş olunur.📢 PS. Gələcəkdə bu və ya digər tədbirlərimiz barədə xəbərdar olmaq üçün, veb-saytımızda öz #şəxsi #kabinetinizi yarada bilərsiniz: my.azsab.orgİştirak etmək və əlavə məlumat əldə etmək istəyən şəxslər rəylərdə "+" yaza bilər!#azsab #networking #netherlands ... See MoreSee Less
View on Facebook
Hörmətli dostlar,ELSA Azərbaycan Məzunlar Cəmiyyəti, ELSA Azerbaijan, AzSAB - Azerbaijani Students & Alumni of Benelux təşkilatlarının və ProDemos- Xalq üçün layihəsinin birgə təşkilatçılığı,Hangame.az intellektual oyunlar platformasının tərəfdaşlığı ilə ELSA Azərbaycan Məzunlar Cəmiyyətinin 10 illiyinə həsr olunmuş "Corporate Clash" intellektual oyunu üçün qeydiyyat açıq elan olunur!Təşkilatlararası şəbəkələşməni təmin etmək məqsədilə təşkil olunan "Corporate Clash" intellektual oyunu 6 aprel saat 12:00 tarixində keçiriləcək. Məkan barədə məlumatlar yaxın günlərdə paylaşılacaq.İştirak etmək istəyən, lakin komandası olmayan şəxslər qeydiyyatdan fərdi formada keçə bilərlər. Daha sonra fərdi olaraq qeydiyyatdan keçən şəxslərdən müvafiq komandalar təşkil ediləcəkdir.Komandalar minimum 4, maksimum 10 nəfərdən ibarət ola bilər. Qeydiyyat üçün son tarix: 02.04.2025, 23:59.Qeydiyyat linki: docs.google.com/forms/d/e/1FAIpQLSePe9XuLMaTij9tcs6_0KPAXxqxkYl4q7_rH12KUemVbjWDdA/viewform?usp=d...Oyunçu aparsın! ... See MoreSee Less
View on Facebook
22 mart Amsterdamda keçiriləcək 150 nəfərlik #novruz tədbirinə pulsuz bilet qazanma şansın var! 🔥 Bundan başqa, tədbirdə fərqli oyunlar keçiriləcək və qaliblərə @dualipa konsertinə bilet, 200 € hədiyyə kartları veriləcək! 🎁📢 Tədbirə bilet əldə etmək üçün:www.instagram.com/azsab.association/ instaqram səhifəsini izləmək!❤️ Bu postu bəyənmək!📍 BeNiLüks ölkələrinin birində yaşamaq!💬 Şərhlərdə BeNiLüks haqqında fikirlərinizi və öz təcrübənizi 4 sözlə ifadə etmək!🎉 Qalib təsadüfi seçimlə müəyyən ediləcək!📅 Müsabiqənin son tarixi: 18 mart! ... See MoreSee Less
View on Facebook
Fevralın 16-sı AzSAB-ın Benilüks üzrə yeni İdarə Heyətinin Rotterdamda görüşü baş tutmuşdur. 🤩Tanışlıq ilə başlayan görüşdə, həm əlaqələr möhkəmləndirilmiş, həm də yeni tədbir və layihə ideyaları haqqında fikir mübadilələri aparılmışdır. 💡📍Gün isə Rotterdam şəhər turu ilə sonlandırılmışdır. 🌃 ... See MoreSee Less
View on Facebook
Sizi martın 22-i Amsterdamda 150 nəfərlik gənc bir ortamda təşkil olunacaq Novruz Bayramı tədbirinə dəvət edirik. 🤩📌 Qeydiyyat linki üçün rəydə + qoya və ya səhifəyə yaza bilərsiniz. ✨ Təşkilatçılar: “Safavid Investments” və “Chinar Group” 🤝 Tərəfdaş: AzSAB🇦🇿 Xaricdə daha çox həmyerlimizin həmrəy olmasına və milli bayram əhval-ruhiyyəsini bölüşməsinə dəstəyiniz üçün, tədbiri tanıdığınız gənclərlə paylaşmağı unutmayın! ❤️ ... See MoreSee Less
View on Facebook
AzSAB’s newly elected Management Board and Supervisory Board held their first meeting, got to know each other through fun team-bonding activities, and dived into discussions on this year’s plans. 🤩Exciting times ahead for our growing community! Stay tuned! 🤗 ... See MoreSee Less
View on Facebook
Əziz dostlar,07 fevral 2025-ci il, saat 14:30-da ADA Universitetində Antwerp Universitetinin professoru cənab Tom Sauerın təqdimatını dinləmək üçün hər biriniz tədbirə dəvətlisiniz. ❗️Qeydiyyat üçün link postda qeyd olunmuşdur. ... See MoreSee Less
View on Facebook

7 months ago

AzSAB - Azerbaijani Students & Alumni of Benelux
2 fevral gənclər günü münasibətilə ASAP ilə Gənclər Fondunun təşkilatçılığı və xarici təhsilli məzunlar təşkilatlarının iştirakı ilə şəbəkələşmə görüşü keçirilmişdir.Gənclər gününüz mübarək! 🎉 ... See MoreSee Less
View on Facebook
Photos from ASAP-Azerbaijani Students and Alumni Platform's post ... See MoreSee Less
View on Facebook
Bu tədbiri keçirəndən sonra, paylaşımı üzrlü səbəblərdən etmək istəmədik.Belə ki, Benilüksdə oxuyan və çalışan həmyerlilərimizin Bakıya səfəri zamanı bir araya gəldik, maraqlı proqramlar və şəbəkələşmə oyunları ilə gözəl gün keçirtdik.🥳 ... See MoreSee Less
View on Facebook
Əziz dostlar, AzSAB komandası hər birinizi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edir! ... See MoreSee Less
View on Facebook
Bakı - Qroznı istiqamətində uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə dərin hüznlə baş sağlığı verir, xəsarət alanlara Allahdan şəfa diləyirik. Qeyd edək ki, Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyinin məlumatına əsasən, qurbanların xatirəsini ehtiramla yad etmək və onların ailələrinə həmrəylik göstərmək məqsədilə 26 dekabr 2024-cü il, cümə axşamı və 27 dekabr 2024-cü il, cümə günü, saat 11:00-dan 17:00-dək Azərbaycan Respublikasının Haaqadakı Səfirliyində (Andries Bickerweg 6) başsağlığı kitabı açıq olacaq. Başsağlığı mesajları həmçinin Səfirliyin rəsmi elektron poçt ünvanına da göndərilə bilər: [email protected] ... See MoreSee Less
View on Facebook
Photos from AzSAB - Azerbaijani Students & Alumni of Benelux's post ... See MoreSee Less
View on Facebook
AzSAB-ın birgə təşkilatçılığı ilə Niderland Krallığının Haaqa şəhərində Zəfər günü münasibətilə böyük tədbir-konsert təşkil edilib.🇦🇿Tədbir vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin anımı və dövlət himnlərinin səslənməsi ilə başlayıb.❤️Konsertdə Niderland🇳🇱, Almaniya🇩🇪 və Azərbaycandan🇦🇿 dəvət alan musiqiçilər konsert proqramı ilə çıxış ediblər. Xanəndə Nemətağa Əliyev öz əsrarəngiz ifası ilə qonaqları valeh edib.🎶 Almaniyada fəaliyyət göstərən Qafqaz rəqs qrupu tədbirə məxsusi gözəllik bəxş edib.🩰 Hər zaman olduğu kimi yerli musiqiçilərdən Firəngiz Bağırova, Elcan Rzayev, Emin Sadıqlı və digər musiqiçilər öz mahir ifaları ilə qəlbləri fəth ediblər.🎤📌 Tədbirdə AzSAB-ın həmtəsisçisi Shamil Mustafayev çıxış edərək, Zəfər gününün hər birimiz üçün böyük önəm daşımasından, onun tarixi əhəmiyyətindən danışmış, habelə, AzSAB və onun fəaliyyəti barədə məlumat vermişdir.💯 Bundan başqa, ölkə başçısının müvafiq sərəncamına əsasən, bu il Naxçıvanın 100 illiyinin qeyd edilməsi də nəzərə alınmaqla, tədbirdə qədim Naxçıvan torpağının tarixi barədə məlumat verilib və film nümayiş etdirilib. Bir daha Şanlı Ordumuzun Zəfər salnaməsi yad edilib.🤝🏻Qeyd edək ki, tədbir Azerbaycan Niderland Odlar Yurdu cəmiyyəti, Hollanda Azerbaycan Turk kultur dernegi dərnəyi və AzSAB-ın (Benilüksün azərbaycanlı tələbə və məzunları) birgə təşəbbüsü, təşkilatçılığı və maliyyə dəstəyi ilə baş tutub.🇦🇿 ... See MoreSee Less
View on Facebook
📣 Əziz dostlar,10 Noyabr 2024-cü il tarixində, 13:30-da, Haaqada yerləşən Theater de Vaillantda Zəfər Gününə həsr edilmiş konsert təşkil olunacaq. Konsertdə Niderland və ətraf ölkələrdən gələn musiqiçilər ifa edəcəklər:*Müğənni*: Frəngiz Bağırova*Xanəndə* : Nematağa Əliyev*Tar* : Cavid Səlimov*Nağara* : Bəxtiyar Eybaliyev*Baraban* : Müşviq Muradov*Pianino* : İlkin Əlizadə*Skripka* : Emin Sadıqlı*Rəqs* qrupuKonsertdə iştirak pulsuzdur, ancaq yerlər limitli olduğundan yalnız qeydiyyatdan keçmiş şəxslər konsertdə iştirak edə bilərlər. Qeydiyyatdan keçmək üçün şərh bölməsinə ➕ yaza və ya bio bölməsinə keçid edə bilərsiniz. ❗️Qeydiyyat formu açıq olan ana kimi hər kəsin qeydiyyatı avtomatik təsdiqlənəcək. Təsdiq emaili sizin biletiniz olacaq. ... See MoreSee Less
View on Facebook
On September 19th, the members of AzSAB had a chance to partake in an event welcoming Deputy Head of Mission Mr. David Röling at the Residence of Her Excellency Ambassador Pauline Eizema. @eizemapauline Thanks for the invitation! 🇦🇿🇳🇱 @nl_inazerbaijan ... See MoreSee Less
View on Facebook
Əziz dostlar,Sizinlə Amsterdamda oxuyan Azərbaycanlı tələbələrin 14 sentyabr tarixində təşkil etdiyi görüşdən fotoları paylaşırıq. ... See MoreSee Less
View on Facebook
Niderland dilini bilməyənlər üçün Delft universiteti pulsuz onlayn self-study kursu təşkil edir. Kurs 1 oktyabrda başlayacaq. Başladıqdan 2 həftə sonra bağlanır qeydiyyat, ancaq öz tempinizlə oxuya bilərsiniz. Kurs yalnız beginner lər üçündür. Linkə keçid etdikdən sonra sağda ətraflı məlumat, ardınca da qeydiyyat düyməsi var."The Delft Dutch online Course for Beginners is a short introduction to the Dutch language. After this course you will have learned about 300 words and have a basic knowledge of Dutch."(c) Diləfruz Yusifzadəwww.tudelft.nl/tbm/itav/onderwijs/nederlands-nt2/nederlandse-cursussen/beginners/online-cursus-vo...? ... See MoreSee Less
View on Facebook

11 months ago

AzSAB - Azerbaijani Students & Alumni of Benelux
Əziz dostlar, 1-7 avqust tarixlərində Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Diaspor Gənclərinin V Yay Düşərgəsi təşkil edilmişdir. Düşərgədə 60 ölkədən 115 gənc iştirak etmişdir. Düşərgə iştirakçılarından biri də AzSAB İdarə Heyətinin üzvü Fərhad Salamov olmuşdur. ... See MoreSee Less
View on Facebook

11 months ago

AzSAB - Azerbaijani Students & Alumni of Benelux
Benilüksdə işləyən üzvlərimizlə Bakıda keçirilmiş daxili görüşdən 😊 ... See MoreSee Less
View on Facebook