Open Positions

2021-22

“Nə? Harada? Nə zaman?” Koordinatoru

Onlayn intellektual yarışmanın təşkilatçılğında yaxından iştirak etməyə marağınız varsa, bu rol sizin üçündür! Heç bir yerə getmədən, olduğunuz regiondan asılı olmayaraq AzSAB komandasına qoşulma şansını əldə etmək istəyirsinizsə, oxumağa davam edin!

Qeyd edək ki, yaşadığınız ölkədən asılı olmayaraq bu rola müraciət edə bilərsiniz! Yarışma adətən 1-2 ay aralığı ilə keçirilir və təşkil edilməsi müddətində bir neçə komanda üzvü də sizə dəstək göstərəcək.

Vəzifə öhdəlikləri

  • “Nə? Harada? Nə zaman?” yarışmasının təqvimini (keçiriləcəyi tarixi) bəlirləmək
  • Komanda üzvləri ilə birlikdə yarışma suallarını hazırlanması
  • Yarışmanın ümumi təşkilatı və nəzarəti
  • Təşkilat komandasında rolların bölüşdürülməsi

Uyğun namizədin profili:

  • Məsuliyyətli işləmə bacarığına malikdir
  • Yeni məcaralar axtarışındadır
  • Ünsiyyətcil və komandada işləməyi bacarır

AzSAB-ın qatacağı dəyər

  • Sizə fəaliyyətinizdə hər zaman dəstək göstərəcək mehriban komandada işləmək
  • Belçika, Niderland, Lüksemburq ölkələrinin azərbaycanlı tələbə və məzunları ilə dostluq əlaqələri
  • AzSAB-ın tədbirlərində aktiv rol almaq
  • Ümumi BeNiLüks ölkələri haqqında maariflənmə

Əgər özünüzu bu rolda görürsünüzsə, onda müraciət etməyə tələsin! Müraciət üçün son tarix: 17 sentyabr, 23:59 (CEST). Əlavə suallarınız olarsa bizimlə sosial media üzərindən və ya [email protected] vasitəsilə əlaqə yarada bilərsiniz!