02
Apr
2023

Hörmətli tələbələr, məzunlar və Universitet(lər)dən qəbul alan gənclərimiz,

Niderland Səfirliyi ölkəmizdə yaşıl enerjiyə dəstək çərçivəsində, bir müddət əvvəl ADA Universitetinə günəş/külək turbini hədiyyə edib. Səfirlik bu simvolik hədiyyə ilə ADA-da yaşıl enerji siyasətini təbliğ etməyə və sonrakı mərhələlərdə onun digər sahələrə genişlənməsinə ümid edir.

Belə ki, AzSAB üzvləri 7 aprel saat 16:30-da ADA Universitetinin həyətində quraşdırılan turbinin açılış mərasiminə və sonra Niderland iş adamları ilə görüşə dəvət olunur.

İştirak etmək istəyənlər, 4 aprel saat 17:00-dək aşağıda AzSAB-ın instagram və ya facebook səhifələri ilə əlaqə saxlaya bilər.

16
Apr
2022

?? Şənbə günü (16 aprel) AzSAB komanda üzvləri ilə maraqlı görüşlər baş tutmuşdur. Benilüksdə yaşayanlar üzvlər Brügge şəhərində bir araya gəlmiş, Bakıda olan üzvlər isə şəhərkənarında vaxt keçirtmişdir.

?? On Saturday (16 April) interesting gatherings took place among AzSAB team members. The members living in Benelux came together in Bruges, while members in Baku spent time outside the city.

#AzSAB #Baku #Benelux #teambuilding
Read more

25
Jul
2021

AZE??25 iyul 2021-ci il tarixində Benilüks və qonşu ölkələrdən bir neçə nəfər də daxil olmaqla, ümumilikdə 50-ə yaxın gəncimizlə növbəti tədbirimiz dəniz kənarında baş tutmuşdur.

Məzunlarımız və hazırda Bakıda olan tələbələrimizdən əlavə, orada oxumağı/işləməyi planlaşdıran bir neçə gənc də iştirak etmiş, həm yeni ələqələr qurmuş, həm fikir mübadilələri aparmış, həm də təhsil və yaşayışla bağlı onları maraqlandıran sualları həmin şəhər-universitetlərdə oxumuş məzunlarla müzakirə etmişlər.

Daha sonra, müxtəlif sosial fəaliyyətlər təşkil edilmiş və rəqs musiqiləri ifa olunmuşdur.

ENG??On July 25, 2021, our next event took place on the seaside with a total of about 50 young people from mainly Benelux and several neighboring countries.

In addition to our Benelux alumni and students who are currently in Baku, several young people planning to study/work there also participated, established new relationships, exchanged views, and discussed issues of interest to them about education and living in Benelux with alumni who studied at those universities.

Then, various social activities were organized and dance music was performed.

Read more

12
Feb
2021

AZE??Dünən Benilüks və qonşu ölkələrdən bir neçə nəfər də daxil olmaqla, ümumilikdə 40-a yaxın gəncimizlə görüş baş tutmuşdur. Məzunlarımız və hazırda Bakıda olan tələbələrimizdən əlavə, orada oxumağı planlaşdıran bir neçə şəxs də iştirak edərək, həm yeni ələqələr qurmuş, həm də təhsil və yaşayışla bağlı onları maraqlandıran sualları həmin şəhər-universitetlərdə oxumuş məzunlarla müzakirə etmişdirlər.

Karantin qaydalarına uyğun görüşün təşkil olunmasında göstərdiyi dəstəyə görə Paulaner Bräuhaus Bakıya da təşəkkürümüzü bildiririk.

ENG??Yesterday, a meeting was held with about 40 young people from Benelux and neighbouring countries. In addition to our alumni and students currently in Baku, several people who plan to study in Benelux have also participated, established new relationships and discussed issues of interest to them regarding education and living with alumni who have studied at those universities.

We also thank Paulaner Bräuhaus Baku for their support in organising the meeting in accordance with the quarantine rules.
Read more

25
Aug
2020
AZE??: Dünən 30 nəfərə yaxın Benilüks məzunumuzla birlikdə Bakıda şəbəkələşmək məqsədli şam yeməyi təşkil olunmuş, həmçinin hazırda Benilüksdə oxuyan tələbələr də görüşə qatılmışdır.
 
Bundan əlavə, Belçika, Niderland və Lüksemburqda oxumağı planlaşdıran bir neçə tələbə də iştirak edərək, həm yeni ələqələr qurmuş, həm də təhsil və yaşayışla bağlı onları maraqlandıran sualları həmin şəhər-universitetlərdə oxumuş məzunlarla müzakirə etmişdirlər.
 
Eyni zamanda, assosiasiyamızın Promo Videosu ilk dəfə bu tədbirdə iştirak edən üzvlərimizə nümayiş olunmuş və video çarxdakı materiallar iştirakçılarda həm nostaljik, həm də xoş təəssüratlar bağışlamışdır (Promo Videomuz növbəti həftə ictimai şəkildə hər kəs üçün paylaşılacaqdır).
 
Sonda, iştirakçılar birlikdə dənizkənarı parka getmiş və, ümumilikdə, hər kəs tədbir boyu xoş vaxt keçirmişdir.
 
ENG??: Yesterday, a networking dinner was organized in Baku with about 30 Benelux alumni, as well as students currently studying there.
 
In addition, several students planning to study in Belgium, the Netherlands, and Luxembourg also participated. They not only established new relationships, but also discussed education and living issues of interest to them with alumni from those cities and universities.
 
Meanwhile, the Promo Video of our association was, for the first time, shown to our members participating in this event, and the materials in the video made both nostalgic and pleasant impressions on the participants (Our Promo Video will be shared publicly next week).
In the end, participants went to the seaside park, and in general, everyone had a good time during the event.
 
#AzSAB – “Making links among incoming #Freshmen, Current #Students & #Alumni

Read more

15
Aug
2020

AZE??: Bu gün Rotterdamın “Kralingse” göl parkında növbəti yığıncağımız keçdi. 🙂 Yığıncağa Almaniya, Lüksemburq, Belçika və Niderlanddan 37 nəfər qatılmışdır. Yeməklər, şirniyyatlar, qəlyanaltılar və müxtəlif top və badminton oyunları ilə hər kəs xoş bir vaxt keçirdi. Qatılan hər kəsə böyük təşəkkürlər və yenidən yığışmaq ümidi ilə!

P.S.: Planda Azərbaycan yeməkləri olsa da, təəssüflər olsun ki, yağışlı hava proqnozuna görə restoranda etməyi planlaşdırmalı olduq. Son anda isə hava günəşli olduğu üçün artıq Azərbaycan yeməklərinin hazırlanması qeyri-mümkün oldu. Buna görə də Azərbaycan yeməkləri həvəsi ilə gələn dostlar da üzülməsinlər. Növbəti yığıncaqda Azərbaycan yeməkləri olacağına söz veririk!

ENG??: Our other meeting took place today at the Kralingse Lake Park in Rotterdam. 🙂 The meeting was attended by 37 people from Germany, Luxembourg, Belgium and the Netherlands. Meals, sweets, snacks and various ball and badminton games were organized and, in general, everyone had a good time. Many thanks to those who participated and hope to regroup!

PS: Although Azerbaijani foods were planned at the park, unfortunately, we had to switch to the restaurant due to the forecast of rainy weather. At the last moment, due to the sunny weather, it was no longer possible to prepare Azerbaijani foods for the park. Therefore, friends who came with the desire to eat Azerbaijani foods should not be upset. We promise that there will be Azerbaijani foods at the next meeting!
#AzSAB #Picnic
Read more

29
Dec
2019

ENG??: Meetings in Baku were held with our students-alumni living in Benelux countries. The meetings were also attended by young people who are planning to study in those countries and questions that are of interest to them were answered.

Thanks to those who were able to make the time for the event on the eve of these holidays.

AZE??: Benilüks ölkələrində yaşayan tələbə-məzunlarımız ilə Bakı şəhərində görüşlər keçirilmişdir. Bu görüşlərdə həmin ölkələrdə təhsil almağı planlaşdıran gənclərimiz də iştirak etmiş və onları maraqlandıran suallar cavablandırılmışdır.

Bu bayram ərəfəsində vaxt tapıb iştirak edən hər kəsə təşəkkürümüzü bildiririk!

#HappyNewYear #HappyInternationalSolidarityDayofAzerbaijanis

23
Nov
2019

ENG??: We are delighted to share our photo from today’s meeting in Rotterdam with our 35 members-participants residing in Benelux. Thanks to all for the high interest, participation and time well-spent. Special gratitude to those who travelled a long way to be with us today. Until next time!

PS. Unfortunately, all the participants of this event are not in the photo, however, no doubt that we had a wonderful day together. ^^

AZE??: Benilüksdə yaşayan bizim 35 üzv-iştirakçılarla Rotterdamdakı görüşümüzdən fotonu sizinlə paylaşırıq. Maraq göstərdiyinizə, iştirakınıza və keçirilən gözəl vaxta görə hər birinizə təşəkkür edirik! Xüsusi minnətdarlığımızı bu gün bizimlə olmaq üçün uzaq məsafədən gələnlərə bildiririk. Yenidən görüşənədək!

PS. Təəssüf ki, yığıncağa gələn hər kəs bu şəkildə yer almır, amma, şübhəsiz ki, birlikdə gözəl bir gün keçirdik. ^^
Read more

11
Feb
2018