25
Aug
2020
AZE🇦🇿: Dünən 30 nəfərə yaxın BeNiLüks məzunumuzla birlikdə Bakıda “networking” məqsədli şam yeməyi təşkil olunmuş, həmçinin, hazırda BeNiLüks-də oxuyan tələbələr də görüşə qatılmışdır.
 
Bundan əlavə, Belçika, Niderland və Lüksemburqda oxumağı planlaşdıran bir neçə tələbə də iştirak edərək, həm yeni ələqələr qurmuş, həm də təhsil və yaşayışla bağlı onları maraqlandıran sualları həmin şəhər-universitetlərdə oxumuş məzunlarla müzakirə etmişdirlər.
 
Eyni zamanda, assosiasiyamızın Promo Videosu ilk dəfə bu tədbirdə iştirak edən üzvlərimizə nümayiş olunmuş və video çarxdakı materiallar iştirakçılarda həm nostaljik, həm də xoş təəssüratlar bağışlamışdır (Promo Videomuz növbəti həftə ictimai şəkildə hər kəs üçün paylaşılacaqdır).
 
Sonda, iştirakçılar birlikdə dənizkənarı parka getmiş və, ümumilikdə, hər kəs tədbir boyu xoş vaxt keçirmişdir.
 
ENG🇬🇧: Yesterday, a networking dinner was organized in Baku with about 30 BeNeLux Alumni, as well as students currently studying there.
 
In addition, several students planning to study in Belgium, the Netherlands, and Luxembourg also participated. They not only established new relationships, but also discussed education and living issues of interest to them with Alumni from those cities and universities.
 
Meanwhile, the Promo Video of our association was, for the first time, shown to our members participating in this event, and the materials in the video made both nostalgic and pleasant impressions on the participants (Our Promo Video will be shared publicly next week).
In the end, participants went to the seaside park, and in general, everyone had a good time during the event.
 
#AzSAB – “Making links among incoming #Freshmen, Current #Students & #Alumni