02
Apr
2023

Hörmətli tələbələr, məzunlar və Universitet(lər)dən qəbul alan gənclərimiz,

Niderland Səfirliyi ölkəmizdə yaşıl enerjiyə dəstək çərçivəsində, bir müddət əvvəl ADA Universitetinə günəş/külək turbini hədiyyə edib. Səfirlik bu simvolik hədiyyə ilə ADA-da yaşıl enerji siyasətini təbliğ etməyə və sonrakı mərhələlərdə onun digər sahələrə genişlənməsinə ümid edir.

Belə ki, AzSAB üzvləri 7 aprel saat 16:30-da ADA Universitetinin həyətində quraşdırılan turbinin açılış mərasiminə və sonra Niderland iş adamları ilə görüşə dəvət olunur.

İştirak etmək istəyənlər, 4 aprel saat 17:00-dək aşağıda AzSAB-ın instagram və ya facebook səhifələri ilə əlaqə saxlaya bilər.